Maqazin 12:44 28.12.2017

Röya Aygünü hədələdi: "Bu dəfə həddini aşdı..."

"Aygün Bəylər həddini aşıb. Xanəndədirsə, bu ada layiq hərəkət etsin".

Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan Aygün Bəylərin onun haqqında dediyi sözlərə cavab olaraq sosial şəbəkədə qeyd edib. O, media nümayəndələrindən bu məsələnin "qalmaqal” adlandırılmamasını istəyib:

"Əgər kimsə öz qadınlığına hörmət etmirsə, öz işidir. Mən sənətimə də, işimə də, özümə də hörmət edirəm. Bunu gərək üç il öncə edərdim, amma boynundan atdı. Sübut da etdik, üstünə çox gedib pərt etmək istəmədim. Ona çox keçdim, amma bu dəfə həddini aşdı. Mən pop sənətçisiyəm, onun mənimlə, mənim də onunla heç bir əlaqəm yoxdur. Olmadı, olmayacaq da. Bizim oxuduğumuz janrlar başqadır. Amma xanəndələri belə ucuzlaşdırmasın. Dostlarımdan da xahiş edirəm, ona görə mənə heç kim zəng etməsin”.

Qeyd edək ki, Aygün Bəylər ARB-nin efirində yayımlanan "Səhər-səhər” verilişində Röyanın sənətinin olmadığını deyərək, onu tənqid etmişdi. Röya Ayxanın vəkili isə onun bu sözlərindən sonra Aygün Bəylərlə bağlı məhkəmə iddiası qaldıracaqlarını açıqlayıb.