Maqazin 12:58 08.03.2018

Röya Ayxan: "Arvadı kоropkanın içində görəndə şok oldum"

Bu gün "Hər şey daxil"in qonağı əməkdar artist Röya Ayxan olub.

Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, sevilən xanım müğənni sürprizlərdən artıq qorxmağa başladığını deyib. Röya bu qorxunun tarixçəsindən danışıb:

"Bir dəfə möhkəm sürpriz olub. Ondan sonra o sözdən qorxuram. Deməli, birini Kənan (prodüseri) etmişdi. Anamı konsertimdə qutudan çıxardanda.

Arvadı kоropkanın içində görəndə şok oldum. Dedim bunu ora necə yerləşdirib. Bir də Zaurun verilişində dədəmi görəndə şok oldum. Ona görə də sürpriz istəmirəm. Bu dəfə ərimi çağırarsınız".