Maqazin 21:54 08.03.2015

Röya il ərzində nə qədər pul xərcləyir?

Müğənni Röya Ayxan “Solo” verilişinin qonağı olub. 

Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, ifaçı il ərzində sənətinə xərclədiyi məbləği açıqlayıb:

“Məbləği deyəcəyəm, amma mənə inanın. Bir il ərzində sənətimə 250-300 min manat xərcləyirəm. Elə gəlirim də bu qədər olur. Hətta bəzən az olur. Çünki xərclərlə gəlir heç vaxt başabaş ola bilməz. Bu məbləğə səhnə geyimlərimə, mahnılara, kliplərə xərclədiyim pullar daxildir”.

Qaynar.info