Maqazin 23:39 10.12.2017

Röya mükafat aldı

Xəbər verdiyimiz kimi, "Altın Kelebek" mükafatlarında mərasimi baş tutub.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, artıq bəzi qaliblərin adı da məlumdur. Onlar arasında əməkdar artist Röya Ayxan da var.

O, "Azərbaycanın ən parlaq ulduzu" mükafatına layiq görülüb.

Mükafatı Röyaya Sinem Kobal təqdim edib.

Qeyd edək ki, əməkdar artist Röya Ayxanla yanaşı, Nigar Camal da mükafatlandırma gecəsinin namizədləri sırasındadır.