Maqazin 19:19 23.05.2015

Röya onu söyəni tapıb "razborka" apardı - VİDEO

Müğənni Röya Ayxana İnstaqram səhifəsində Elnur adlı şəxs söyüş yazıb. Qaynar.info milli.az-a istinadən xəbər verir ki, sənətçi həmin şəxslə bağlı polisə müraciət edib və onu tapıb.

Daha sonra Röya həmin şəxslə görüşərək onun məlum davranışını sorğulayıb. İfaçı Elnurla görüşə tək getməyib, ətrafında iki nəfər də olub və söhbəti gizli kameraya çəkib.

Həmin görüntüləri şəxsi səhifəsində paylaşan Röya bu sözləri yazıb: "Mənim əzizlərim, "Instagram"da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi? Kim hansı qiyməti istəyir onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən? Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi "......". Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq".


Qaynar.info