Maqazin 09:55 28.03.2018

Röyadan Aygünün barışıq jestinə əks reaksiya (FOTO)

Ötən gün Xalq artisti Aygün Kazımovanın həmkarı Röya Ayxanın adını "Instagram” hesabında "tag” edib, "Yaxşı ki, varıq” yazması müzakirələrə səbəb olub.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, Aygünün bu jesti qarşısında hər kəs Röyadan müsbət bir cavab gözləyirdi.

Lakin Əməkdar artist son zamanlar humanistlik nümayiş etdirsə də, Kazımovaya əks reaksiya verib.

Belə ki, o, mediada bu paylaşımla bağlı olan xəbərləri "Instagram Story”dən paylaşaraq "Ətim töküldü, "Xod”a düşər xatirələr” sözlərini yazıb.

Röyanın bu addımı izləyicilər tərəfindən qınanıb.

Xatırladaq ki, dünən Aygün Kazımova 2002-ci il, 5 may tarixində Heydər Əliyev sarayında keçirilən özünün "Gələrsiniz, görərsiniz” konsertindən görüntülər paylaşaraq bəstəkar Vaqif Gərayzadənin doğum gününü təbrik edib.

Həmin görüntülərdə Əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Natavan Həbibi, Elnarə XəlilovaSamir Bağırov da olub.