Dünya 22:17 19.12.2013

Rza Zərrab hansı ölkəyə qaçmaq istəyib? - İDDİA

Türkiyədə həyata keçirilən böyük rüşvət əməliyyatı ilə bağlı hər saatda yeni xəbərlər ortaya çıxır. 

Son saatların məlumatına görə, əməliyyatı həyata keçirən prokurorlar qeyri-rəsmi olaraq mətbuata belə bir xəbər sızdırmışlar. Həbsləri qəfildən keçirməkdə və vaxtının irəli çəkilməsində suçlanan istintaq cavab olaraq bildirib ki, bunun ciddi səbəbləri olub.  

Əvvəla, izləndiyindən duyuq düşən Güney Azərbaycan kökənli Rza Zərrab İrana qaçmağa hazırlaşırmış. Hazırda oğlu həbsdə olan polis naziri Muəmmər Gülən isə oğlunun izlənməsindən duyuq düşübmüş və zamanı olsaydı, məxfi əməliyyatı deşifrə edərək, önləyəcəkmiş. 

Bu səbəblərdən də əməliyyat sürətləndirilib və tam məxfi aparılıb.//musavat.com