Dünya 11:13 17.11.2017

Rza Zərrab həbsxanadan çıxarılıb, amma...

ABŞ mediası Nyu Yorkda həbsdə olan Cənubi Azərbaycan əsilli, Türkiyə vətəndaşı olan biznesmen Rza Zərrab barədə yeni iddia ilə çıxış edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, mətbuatda "Prokurorluq Zərrabdan ABŞ-ın sabiq milli təhlükəsizlik katibi Maykl Flin barədə məlumat tələb edə bilər. Zərrab həbsxanadan çıxarılıb, lakin federal məhbus kimi nəzarət altındadır" fikirləri yer alıb və Zərrabın bəzi etiraflara razılaşdığı barədə iddia irəli sürülüb.

Dünən Zərrabın məhkəməsi olsa da, o və vəkili prosesdə iştirak etməyib. 
 
Gülşən
Qaynarinfo.Az