Dünya 09:12 19.12.2013

Rza Zərrab və nazir oğlunun rüşvət alma görüntüləri - FOTO

Fotolar Türkiyənin daxili işlər naziri Muammar Gülerin oğlu Barış Gülerin ofisinin qarşısında çəkilib

Türkiyədə korrupsiya əleyhinə aparılan əməliyyatla bağlı yeni görüntülər yayımlanıb. "Habertürk"ə istinadən verdiyi məlumata görə, fotolar rüşvət və korrupsiya qalmaqalında ittiham olunaraq saxlanılan məşhur azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyənin daxili işlər naziri Muammar Gülerin oğlu Barış Gülerin ofisinin qarşısında texniki izləmə zamanı çəkilib. Bu fotoların Rza Zərrab və Barış Gülərə qarşı irəli sürülən ittihamlarda ən əhəmiyyətli dəlil olduğu bildirilib. Barış Gülerin ofisi qarşısında çəkilən fotolarda 3 şübhəlinin Gülerə 3 milyon dollar rüşvət verdiyi dəlil olaraq irəli sürülür.

Rza Zərrabın mobil telefonundan bir nazirə zəng edərək dinlənib-dinlənmədiyini soruşduğu da bildirilir.

Məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı olan Rza Zərraba mədəsində problemlər olduğuna görə dietik yeməklər verildiyi deyilir. // ANS Press