Dünya 13:24 24.04.2013

Sağ əli bizimkilərin başına - FOTOLAR

ABŞ-ın bir hava yolu şirkəti Nyu Yorkdakı "La Guardia" hava limanının içərisindəki hər masaya pulsuz tabletlər və internet bağlantısı quraşdırıb. 

Qaynar.info-nun məlumatına görə, şirkətin bu addımı çoxlarının marağına səbəb olub. 

Hər gün təxminən 38 min sərnişinin səyahət etdiyi hava limanındakı kafelərə, barlara, restoranlara və gözləmə salonlarına təxminən 2500 tablet yerləşdirilib. İnternetdən istifadə isə pulsuzdur.  

Tabletlərin yanında isə kredit kartı ilə ödəmə əməliyyatı aparmaq üçün terminallar quraşdırılıb. 

Qaynar.info