Dünya 14:28 06.12.2017

Saakaşvili axtarışa verildi

Ukrayna höküməti sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili barədə axtarış qərarı verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prokurorluğunun sözçüsü Larisa Sarqan sosial media hesabından açıqlama verərək cinayətə təşəbbüs, mütəşəkkil cinayətkarlıq, cinayətkar təşkilat üzvlərinə kömək etmə və cinayətləri gizlətmə şübhəsi ilə Saakaşvili barədə axtarış qərarının verildiyini bildirib. Proses Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçiriləcək. 

Qeyd edək ki, dünən Mixail Saakaşvilinin evində axtarış tədbirləri həyata keçirilmiş, o evin damına çıxaraq həbs ediləcəyi təqdirdə özünü atacağını demişdi. Daha sonra polis tərəfindən tutulan sabiq prezident tərəfdarları tərəfindən azad edilmişdi.

Gülşən