Siyasət 13:44 28.02.2013

Saakaşvili Naxçıvana getdi

Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün Naxçıvan Muxtar Respublikasına yola düşüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan prezidentini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Qaynar.info