Siyasət 13:32 17.05.2013

Saakaşvili: "Azərbaycana dəstək çox əhəmiyyətlidir"

Bu gün Gürcüstan heç vaxt olmadığı kimi Azərbaycanla həmrəylik olmalıdır. 

Trend-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Vaşinqtonda Azərbaycan neftinin Rusiyanın ərazisi vasitəsilə nəqlinin dayandırılması haqqında Rusiya tərəfinin qərarını Gürcüstan telekanallarına şərh edərkən bildirib.

Gürcüstan prezidenti vurğulayıb ki, yalnız Azərbaycanın inkişafı bütün regionun inkişafını təmin edəcək: "Bu vəziyyətdə Azərbaycana dəstək çox əhəmiyyətlidir və bu dəstək dəqiq və ardıcıl olmalıdır".

Qaynar.info