Dünya 17:52 18.04.2013

Saakaşvilidən aksiya qərarı

Gürcüstanda prezident Mixail Saakaşvilin “Vahid Milli Hərəkat” partiyası aprelin 19-una Tbilisidə aksiya təyin edib. 

“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, partiyanın mətbuat xidməti hələ ki, aksiyanın detalları və formatı barədə məlumat vermək istəmədiyini bildirib. 

Gürcüstan Daxili İşlər Nazirliyi aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunacağını açıqlayıb və mitinq təşkilatçılarını, eyni zamanda şəhər meriyasını qanun çərçivəsində hərəkət etməyə çağırıb. 

Nazirlik həmçinin aksiya iştirakçılarına özləri ilə odlu və ya soyuq silah, partlayıcı və tez alışan maddələr gətirməməklə bağlı xəbərdarlıq edib.

Qaynar.info