Dünya 11:59 22.07.2013

Saakaşvilidən İvanişvili haqda ŞOK İDDİA

Putin İvanişviliyə 2 milyard dollar pul verib.

Qaynar.info-nun məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflisdə tələbələrlə keçirdiyi görüşü zamanı deyib.  

Onun sözlərinə görə, məhz buna görə, Putin bügünkü Gürcüstan hökumətinin Rusiyaya borclu olduğunu hesab edir. 

Saakaşvili bildirib ki, oktyabr ayındakı seçkilərdən sonra çoxları Rusiyanın Gürcüstana olan münasibətinin dəyişəcəyini gözləyirdilər: "Lakin gördülər ki, Rusiya dəyişmir, canavar elə canavardır və bu Gürcüstan prezidenti üçün yenilik deyil. Əgər köhnə hökumət olsaydı, biz indikindən də çox qabağa gedə bilərdik. Bu hökumətə, bu baş nazirə Rusiya 2 milyard dollar pul verib. Halbuki bu məbləğ İvanişvilinin aktivlərindən də çoxdur".

Qeyd edək ki, Forbes jurnalının hesablamasına görə, Gürcüstanın baş naziri 1.5 milyard dollara sahibdir. 

Qaynar.info