Dünya 12:52 16.04.2013

Saakaşviliyə sui-qəsd hazırlanır - ŞOK İDDİA

Gürcüstan prezidenti Mixail Saakaşviliyə qarşı sui-qəsd hazırlanır. 

Bunu Qafqaz xalqları konfederasiyasının sədri Zaal Kaspelişvili deyib. "Bir necə gün əvvəl Türkiyədə rüsvayçı insident baş verdi. Saakaşvili velosiped sürərkən yük maşını ilə qarşısına çıxıb. Bu bizim dost xalqlarımız arasında yaxşı reaksiyaya səbəb olmayıb. Şayiələr yayıldı. Hətta Saakaşvilinin sərxoş olduğunu, qəzanın hazırlandığı deyilib. Biz bu insidenti araşdırmağı düşünmürük. Ancaq Gürcüstan hökumətini və müxalifəti Saakaşviliyə sui qəsd hazırlandığı barədə xəbardarlıq edirik. Bu necə olacaq, harada olacaq, bizə məlum deyil". 

Onun sözlərinə görə, prezidentə 3 istiqamətdən təhlükə var. Birinci - Milli hərakatın lideri, daha dəqiq Merabişvili- Uqulava qanadıdır. İkinci - keçmiş tərəfdarlarından, üçüncüsü isə Saakaşvilinin xüsusi aqresiv münasibət göstərdiyi ölkələrdən. 

Konfederasiya liderinin fikrincə, bütün bunlar Gürcüstanın yeni hökumətinin üstünə qalacaq ki, buda vətəndaş qarşıdurmasına səbəb olacaq. 

Zaal Kasreliaşvili informasiyasının mənbəyini açıqlamayıb və qeyd edib ki, konfederasiyanın 26 ölkədə nümayəndəliyi, eləcədə daxili təhlükəsizlik xidməti var.(anspress.com)