Dünya 00:35 14.02.2013

Saakaşviliyə yumurta atdılar

Qərbi Gürcüstanda prezident Mixail Saakaşvilinin maşın karvanı yumurta “yağışı”na düşüb.

APA-nın məlumatına görə, Mixail Saakaşvili Zuqdidi rayonunun Narazeni kəndində etiraz aksiyası ilə qarşılanıb. “Gürcüstanı müdafiə et” yerli təşkilatının lideri Kaxa Mikaya və digər təşkilatların fəalları prezidentin eskortu hərəkət edən yolu bağlamağa çalışıblar. Etiraz aksiyası zamanı maşınlara yumurta atılıb və prezident hədələnib. Polisin işə qarışması nəticəsində kütləni dayandırmaq mümkün olub.

Qaynar.info