Ölkə 20:53 14.11.2017

Sabah 2 saat internet olmayacaq

İnternet təminatında fasilələr yarana bilər.

"Bakı Telefon Rabitəsi"ndən "Qaynarinfo"ya verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

Qaynarinfo.Az