Ekonomiks 19:14 23.02.2019

Sabah Bakıda iki yolda hərəkət məhdudlaşdırılır

24.02.2019 saat 22:00-dan 25.02.2019 səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat agentliyindən məlumat verilib.

"Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir. Sürücülərdən bunu anlayışlar qarşılamalarını xahiş edirik”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Xocalı prospektində üfiqi nişanlanma xətlərinin çəkilməsi işləri artıq yekunlaşıb.