"Azərenerji” ASC-yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləri ilə əlaqədar olaraq, 2 noyabr tarixində saat 01.00-dan 04.30-a qədər Xətai rayonu kənd Əhmədli yaşayış massivinin bir hissəsində (Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov, Xudu Məmmədov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə ASC-dən məlumat verilib.
Yaranmış narahatlığa görə "Azərişıq” ASC istehlakçılardan üzr istəyir.(yenicag.az)
Qaynarinfo.Az
Şərhlər