İdman 22:30 18.06.2018

Sabah ÇL-in püşkü atılır: "Qarabağ" üçün son 5 rəqib

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, UEFA artıq klubları qruplara bölüb.

Azərbaycan çempionu "Qarabağ” peşk zamanı "səpələnmişlər" səbətində yer alacaq. Ağdam klubunun  potensial rəqiblərinin sayı 16-dan 5-ə enib. Qurban Qurbanovun yetirmələrinin bəxtinə püşk "Şkendiya” (Makedoniya), "Düdelanj” (Lüksemburq), "Olimpiya” (Sloveniya), "Suduva” (Litva) və ya "Torpedo”nu (Kutaisi, Gürcüstan) çıxaracaq.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.