Siyasət 17:34 17.10.2019

Sabah MSK bələdiyyə seçkiləri ilə bağlı qərar verəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sabah – oktyabrın 18-də iclası keçiriləcək.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, iclasda bələdiyyə seçkilərinin keçirilməsi üçün qərar verilərək seçki günü təyin ediləcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.