Ölkə 18:00 21.02.2018

Sabah paytaxtın bu ərazilərində su olmayacaq

Fevralın 22-də gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Qaynarinfo-ya Azərsu ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyət Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.