Video 13:02 10.11.2018

NASA-dan xəbərdarlıq: Sabah Yerin çox yaxınından astroid keçəcək (VİDEO)

Bazar günü Yer kürəsinin çox yaxınından asteroid keçəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumatda qeyd olunur ki, Yer kürəsinin 38 milyon km yaxınlığından keçəcək astroidin radiusu 300 metrdir. Lakin tədqiqatçılar bu yaxınlaşmanın təhlükəli olmadığını bildirir. Tamamilə qara olan və işığı udması ilə tanınan və ölü quyruqlu ulduz olduğu düşünülən astroid kəllə formasındadır.

Əsl adı 2015TB145 olan və Dünyaya daha öncə də yaxınlaşan astroidin bundan öncəki yaxınlaşması "Helloween" gününə təsadüf etdiyindən, ona "Böyük balqabaq" adı verilib.

NASA-nın məlumatına görə astroidin növbəti yaxınlaşması 2082-ci ildən tez olmayacaq.

Astridlərin yaxınlaşması ilə bağlı hələ də fikir ayrılıqları var. Amma tədqiqatçıların böyük əksəriyyətinin fikrincə astroidlər atmosferə daxil olarkən parçalanır və yaydıqları böyük istilik yerə yaxın olması səbəbindən minlərlə kilometrlik meşə yanğınlarına səbəb olur.

Dünyaya yaxınlaşan və yaxınından keçən astroidlərin ümumi sayı mindən çoxdur. NASA 17 min astroidin isə hələlik müəyyənləşdirilə bilinmədiyini qeyd edir.