Foto 09:33 08.08.2019

"Şaban"ın ailəsində daha bir azərbaycanlı (FOTO)

Azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə evli olan türkiyəli aktyor Ali Sunal ata olub.

Cütlüyün qız övladı bu gün dünyaya gəlib.

Onlar qızına Narin adını verib. Bu barədə Ali Sunal sosial mediada paylaşım edib.

"Ata oldum. Yuxu kimidir. Xoş gəldin, canım qızım, gözəl Narinim” deyə, aktyor yazıb.

Qeyd edək ki, Ali Sunal "Şaban” ləqəbi ilə məşhurlaşan Kemal Sunalın oğludur. Nazlı Qurbanzadə isə azərbaycanlı biznesmen Bülənt Qurbanzadənin qızıdır. (Axşam.az)