Dünya 21:40 23.06.2018

Sabiq baş nazir vəfat etdi: Kəşfiyyatı qurdu, müxalifət liderini hakimiyyətə gətirdi

Cənubi Koreyanın sabiq baş naziri və kəşfiyyat idarəsinin yaradıcısı Kim Conq Pil dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 92 yaşlı sabiq baş nazir "Soonchunhyang" Universiteti Xəstəxanasında təbii səbəblərdən vəfat edib.
 
Koreya Mərkəzi Kəşfiyyat Təşkilatını quran Pil 1971-1975-ci illərdə Cənubi Koreyanın baş naziri vəzifəsini icra edib. 1997-ci ildə müxalif lider Kim Dey Çanqın hakimiyyətə gətirilməsinə nail olan Kim Conq Pil bu şəxsin idarəsi altında 1998-2000-ci illərdə də ölkənin baş naziri olmuşdu.

Gülşən