Dünya 14:37 13.06.2018

Sabiq "first lady" həbs edildi: korrupsiyada ittiham edilir

El Salvadorun sabiq prezidenti Maurisio Funesin həyat yoldaşı Vanda Piqnato həbs edilib.

Qaynarinfo xəbər verir ki, sabiq "first lady" korrupsiyada ittiham edilir. O, 351 milyon dolları mənimsəməkdə ittiham edilən Funesə yardım etdiyinə görə həbs edilib.

2009-2014-cü illərdə El Salvador rəhbəri olan Mauriso Funes Nikaraquadan sığınacaq alıb. Ötən həftə məhkəmə sabiq prezident və 2 oğlu barədə həbs tələb etmişdi.

Qeyd edək ki, daha əvvəl Funes və oğlu Karlos dövlət pulunu mənimsəmədə ittiham edilmiş, 420 min dollar cəza verilmişdi. "First lady" isə bəraət almışdı.

Gülşən