Foto 17:21 26.12.2017

Sabiq futbolçu ölkə prezidenti seçilə bilər (FOTOLAR)

 
Veteran futbolçu Corc Vea vətəni Liberiyada prezident seçkilərinin 2-cü turunda mübarizə aparır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, saat 08.00-da başlayan seçkilər 18.00-a qədər davam edəcək. Təxminən 2,1 milyon seçicinin olduğu Qərbi Avropa ölkəsinin prezidentliyinə namizədlər Corc Vea və sabiq vitse-prezident Yosep Nyumah Boakaidir. 10 oktyabrda keçirilən ilk turda sabiq futbolçu 38,4%, sabiq vitse-prezident isə 28,8% səs toplayaraq 2-ci tura vəsiqə qazanmışdı.

Qeyd edək ki, 51 yaşlı Corc Vea futbolçu karyerası ərzində Liberiyanın "Miqti Barrolle", "İnvincible Eleven", Fil Dişi Sahilinin "Afrika Sports", Kamerunun "Tonnerre Yaounde", Fransanın "Monako", PSJ, "Marsel", İtaliyanın "Milan", İngiltərənin "Çelsi", "Mançester Siti" və BƏƏ-nin "Əl Cəzirə" klublarında çıxış edib. Liberiya millisində 60 oyun keçirərək 22 qol vurub.

Corc Vea Liberiya, Fransa və İtaliya çempionluqlarını, Fransa və Liberiya kuboklarını, İngiltərə Federasiya Kubokunu qazanıb. 1995-ciildə "Ballon d'Or"a sahib çıxıb. Bununla da o, mükafatı qazanan ilk afrikalı olub.

Gülşən