İdman 14:35 12.02.2019

Sabiq ingilis qapıçı vəfat etdi

Əfsanəvi ingilis qapıçı Qordon Banks 81 yaşında vəfat edib.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, bu barədə futbolçunun çıxış etdiyi "Stok Siti" klubu məlumat yayıb. 

Qeyd edək ki, Qordon Banks 1966-cı ildə İngiltərə milli komandasının tərkibində dünya kubokuna yiyələnmişdi. O, millidə ümumilikdə 73 dəfə çıxış edib. Qolkiper 1972-ci ildə avtomobil qəzasından sonra kariyerasını sonlandırmaq məcburiyyətində qalmışdı. O, "Stok Siti"dən başqa "Çesterfild", "Lester", ""Klivlend", "Hellenis", "Fort Lauderdale" və "St Patriks" klublarında çıxış edib.

Gülşən