Rusiyanın Anxarsk şəhərində 22 qadını öldürdüyü üçün həbs olunan keçmiş polis əməkdaşı Mixail Popkov 1994-2012-ci illər aralığında daha 59 qadın cinayəti işlədiyini etiraf edib. 

Qaynarinfo xəbər verir ki, polis forması ilə yardım təklif etdiyi qurbanlarını qaçıraraq təcavüz edib və daha sonra öldürüb. 

Polis olduğu dönəmdə özünün işlədiyi cinayətlərin araşdırılmasında belə iştirak edən Popkov ümumilikdə 81 qadını balta və bıçaq kimi soyuq silahlarla xüsusi amansızlıqla öldürüb.

2012-ci ildə DNA sübutları nəticəsində həbs olunan seriyalı qatil həbsxanada daha yaxşı şəraitdə yaşamaq üçün 59 cinayəti etiraf edib. Çinə qaçmaq istəyərkən tutulan Popkovun bu tələbinin qəbul edilmədiyi bildirilir.
 

Gülşən