Dünya 16:07 14.12.2019

Sabiq prezident həbs edildi: evindən görün nələr çıxdı...

Sudanın paytaxtı Xartumda 11 aprel hərbi çevrilişi zamanı hakimiyyətdən uzaqlaşdırılan sabiq prezident Ömər əl-Bəşirə hökm oxunub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, eks-prezident korrupsiya, "xarici valyuta saxlamaq və qanunsuz hədiyyə almaq"da ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 75 yaşlı əl-Bəşirin yaşı nəzərə alınaraq, həbs cəzası 2 ilədək azaldılıb.

Qeyd olunur ki, onun evində aparılan axtarış zamanı 6 milyon avro, 351 min dollar və 5 milyard sudan funtu (təxminən 105 milyon dollar) ələ keçirilib. Ömər əl-Bəşir 30 il hakimiyyətdə olub. Lakin kütləvi etirazlardan sonra ordu hakimiyyəti ələ keçirib və müvəqqəti Hərbi Şura yaradılıb.
 
Camal