Dünya 10:01 03.09.2013

Sabiq prezident vergidən yayınmaqda ittiham olunur

Argentinanın sabiq prezidenti Karlos Menem Buenos-Ayresdə məhkəmə qarşısına çıxıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Menem vergilərdən yayınmaqda ittiham olunur.

Prokurorluq sabiq prezidenti milyonlarla dollarlıq bank hesablarını, habelə iki təyyarəni, avtomobilləri, daşınmaz əmlak və qiymətli kağızları gizlətməkdə günahlandırır.
 
83 yaşlı Menem isə bu ittihamları rədd edərək, heç kimə zərər vermək niyyətində olmadığını bəyan edib.

Qaynar.info