Dünya 13:46 19.02.2019

Sabiq prezidentin 450 milyonluq sərvəti ələ keçirildi

Tunisin sabiq prezidenti Zine Əl Abidin Bin Əli və ailəsinə məxsus 450 milyon dollar dəyərində əmlak, pul və əşyalar ələ keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Maliyyə Naziri Rza Şalqum parlamentdəki çıxışında məlumat verib. Məbləğin 420 milyon dolları dövlət xəzinəsinə təhvil verilib. Tunisdə 2012-2018-ci illərdə ümumilikdə 2335 müsadirə qərarı çıxarılıb.

Qeyd edək ki, sabiq prezident 1989-2011-ci illərdə Tunisə rəhbərlik edib və hərbi çevriliş nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Gülşən