Xəbər lenti

Sabiq prezidentlər Bakıya gəlir
Siyasət 12:37 12.04.2013

Sabiq prezidentlər Bakıya gəlir

Rumıniyanın sabiq prezidentləri İon İliesku, Emil Konstantiniesku və xanımı Nadya Konstantiniesku, həmçinin sabiq baş nazir Petre Roman mayın 6-8-də Azərbaycanda səfərdə olacaqlar.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak etməkdir.

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi baş tutan Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 40-dan çox sabiq ölkə və hökumət başçısını bir araya gətirəcək. Chatham Evinin qanunları ilə nizamlanan beynəlxalq forumun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace və Gəncə şəhər İcra Hakimiyyətidir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->