Dünya 13:41 15.08.2019

Sabiq vitse-prezident edamdan xilas oldu

İranın sabiq vitse-prezidenti Məhəmməd Əli Nəcəfi edam cəzasından xilas olub.

Qaynarinfo xəbər verir ki, 67 yaşlı Nəcəfi 28 mayda 35 yaşlı həyat yoldaşı Mitra Ostadı silahla vuraraq öldürüb. 

İranda ailələr yaxınları üçün məhkəmədən "qisas" tələb etmək haqqına sahibdir. Keçən həftələrdə keçmiş vitse-prezident barədə ölüm hökmü çıxarılmışdı. M.Ostadın qardaşı Məsud Ostad ötən gün M.Ə.Nəcəfini bağışlamaq barədə qərar qəbul etdiyini açıqlayıb. 

Qeyd edək ki, Məhəmməd Əli Nəcəfi vitse-prezident, təbii sərvətlər və turizm naziri, təhsil naziri, Tehranın bələdiyyə sədri kimi yüksək vəzifələrdə çalışıb.

Gülşən