Ölkə 13:34 11.10.2013

Sabir Rüstəmxanlının qardaşı VHP-dən istefa verdi

Əlövsət Əliyev Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasından istefa verib.

Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasından istefa verib. AzVision.az xəbər verir ki, o, bu barədə 9 oktyabr seçkilərinin müşahidəsi ilə bağlı hazırladığı hesabatda qeyd edib.

“VHP Siyasi Şurasının üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Ümid edirəm ki, məni daha perspektivli və fəal gənclər əvəz edəcəklər”, -deyə Əlövsət Əliyev vurğulayıb.

Qaynar.info