Ölkə 19:05 10.10.2018

Sabir Rzayevə Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Sabir Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Sabir Fərzi oğlu Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.