Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib. 

Artıq yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub. "Mercedes” markalı 90 DO 551 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Əhmədov Əjdər hadisə yerində ölüb.

"Mercedesin” sərnişinləri Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı, 1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Atamoğlan oğlu, "Azsamand” markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobili idarə edən avtomobili idarə edən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmannov Səməd Tahir oğlu, daha 4 nəfər yüngül xəsarət alıb.

Xəsarət alanlardan 3 nəfəri azyaşlı uşaq olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.