Texnologiya 22:12 29.01.2019

Sadə amerikalı tələbələr necə milyonçu oldu?

"Instagram"ın yaranma tarixi ilə bağlı yazını təqdim edirik:

"Instagram”ın başlanğıc tarixi

"Instagram”ın yaranmasına görə, biz Amerikanın "Stanford” universitetinin adi tələbəsi olan Kevin Sistromun ideya ilə dolu startapına borcluyuq. Lakin öncələr onun xəyalı, xəyal olaraq qalıb. Amma o bütün cəhdlə sahibkarlar, vençur kapitalistlər ilə görüşür və ideyalarının reallaşması üçün onlara yaxın olurdu. Nəhayət, tanış biznesmenlərdən birinin ona 250 000 dollar qrant ayırmasından sonra, o "Burbn” əlavəsinin yaradılmasına nail olur. "Burbn” özündə bir sıra funksiyanı - geotarqetinq və foto kimi imkanları birləşdirirdi. Demək lazımdır ki, Kevin heç də pis fotoqraf deyildi və bir çox halda belə işlərə cəlb olunurdu.  

Yeni startapın yaradılması sadiq köməkçi olmadan mümkün deyil: Kevin Mayk Kriqer ilə tanış olur. Həmin ərəfələrdə Kevin və Mark "Meebo” (ünsiyyət üçün sayt) layihəsi üzərində çalışırdılar. Bir az inandırma, vəd, böyük perspektiv – Görünən odur ki, Kevin Kriqeri inandırır ki, o öz işini atsın və yalnız "Burbn” əlavəsinin inkişaf etdirilməsinə fokuslansınlar. Qısa zaman kəsiyində onlar "Tandem” əlavəsini yaradırlar, artıq bir müddətdən sonra onun dəyəri milyard dollara çatmışdı. Amma sevinmək lazım deyil, qarşıda problemlər onları gözləyirdi. Birinci məyusluqlar İndi bu çox gülməli səslənə bilər, amma onların bir yerdə olan ilk cəhdləri sadəcə fəlakət idi. 

Çox keçmədi ki, Sistrom Kriqerə çox açıq şəkildə deyir ki, onun "Burbn” əlavəsi haqqında fikirləri sadəcə məyusluqla bağlıdır və bu layihə uğurlu olmayacaq. Onun dediyi sözləri təxminən belə idi: "Mayk, dostum biz bu lənətə gəlmiş əlavəni ərsəyə gətirə bilməyəcəyik. Bazarda rəqiblərimiz çoxdur. Biz əlavəni bazara çıxarmamışdan müflis olacağıq”. Bu, söhbətdən sonra, şəriklər "Burbn” layihəsini bir küncə atırlar. Onlar qərara gəlirlər ki, "Burbn”a bənzər başqa bir əlavəni yaratsınlar. Amma nəticə yenə onları sevindirmədi. Onlar ümidsizlik və depressiya içində idilər. Şəriklər düşünürdü ki, onların birgə yaratdığı əlavə ən yaxşısı idi. Yenə belə ümidsiz axşamların birində sanki hər şey yenidən başladı. Kevinin ağlına belə bir ideya gəldi. Elə bir xidmət yaratmalıyıq ki, ən keyfiyyətsiz fotoları belə ən yaxşı hala gətirə bilsin. Filtr! Rahat istifadə edilə bilən filtr lazım idi. Elə bir filtr ki, mobil qurğunu istənilən istifadəçisini də usta fotoqrafa çevirsin. Həmin axşam Kevin Sistrom birinci, amma "Instagram”ın tarixində sonuncu olmayan filtri ərsəyə gətirdilər. 

Partlayıcı başlanğıc onlar işə inadla girişdilər və oktyabrın 6-ı 2010-cu ildə "Instagram”ın birinci versiyasını yaratdılar və onu "App Store”yə yüklədilər. Öncələr tətbiqə əlçatanlıq, yalnız App məhsullarında mümkün idi. Bu, vaxtı "Instagram”ın tarixinə "qızıl hərflərlə” əlavə etmək lazımdır. Çünki, qarşıdakı dövrdə sosial platformanı təssəvvür ediləbilməyən yüksəliş dövrü gözləyir. "Instagram”ı pulsuz olaraq yükləyən istifadəçilərin ilk axını başlamışdı. Onlar sabaha qədər çalışdılar ki, platformanın serveri gözlənilməyən istifadəçi axınına məruz qalmasın. Səhər artıq dünyada yeni bir platformanın yaradılması haqqında məlumat "Bits Bloq” və "Texkranç” kimi nüfuzlu nəşrlərdə çıxmışdı. Bu xəbər isə yeni istifadəçi axınının yaranmasına səbəb olmuşdu, serverlər isə yükü qarşılaya bilmək üçün çətinlik çəkirdilər. Birinci gün "App Store”də tətbiqi 25 000 insan yükləyir və bu rəqəm "App Store”nin tarixində ilk dəfə əldə edilən yüksək göstərici idi. 

Şəriklərə aydın olmuşdu ki, "Instagram” istifadəçilər tərəfindən qəbul edilmişdi, qarşıda isə onlar platformanın davamlılığına təminat üçün təcili işlər görməli idilər. Beləliklə, komandaya zamanla menecer Coş Ridel, mühəndis Şeyn Suini və promoter Cessika Zollman cəlb edildi. Bununla çarx fırlanmağa davam etdi. Şərəfli yolun davamı "Instagram”ın populyarlığı qar topu kimi böyüyürdü, bu isə komandanın cəldliyinə ciddi təsir göstərirdi. Onlar başa düşürdü ki, davamlı olaraq funksiyalarını genişləndirməlidirlər. Məhz bu yolla istifadəçiləri özündən uzaqlaşdırmamaq olardı. Beləliklə, onlar qısa zamanda platformada bir sıra yaxşılaşmalar və relizlər etmişdilər. Belə ki, 2011-ci ilin yanvarında "Instagram”da həştəq meydana gəldi, bununla konkret mövzu üzrə foto axtarışı kifayət qədər sadələşmişdi. 2011-ci ilin sentyabrında isə platformanın 2.0 versiyası ərsəyə gəlmişdi. Bu istifadəçilərə daha canlı filtr və şəkillərin yüksək keyfiyyətdə yerləşdirilməsinə imkan yaradırdı. Nəhayət, 2012-ci ilin aprelində "Android” istifadəçiləri üçün çoxdan gözlənilən versiya buraxılmışdı. Təkcə bir gün ərzində bu versiya 1 milyon dəfə yüklənmişdi. Əla rəqəmdir, elə deyilmi?! "Facebook” "Instagram”ı alır İndiyə qədər belə müzakirələr gedir ki, Mark Zuckerberq gəlir gətirməyən bir xidmət üçün 1 milyard dollar verməyi düzgün, yoxsa səhv qərar idi. Bəli-bəli, özünün yüksək göstəricisinə nail olmasına baxmayaraq, "Instagram” üzərindən şəriklər hələ də pul qazana bilmirdilər. 

Bəziləri deyir ki, bu sadəcə sabun köpüyüdür, nə vaxtsa dağıla bilər, amma bəziləri isə "Facebook” banisini bu investisiyaya görə tərifləyir. Amma istənilən halda, fakt-faktdır. Mark Zuckerberq "Instagram”ı 2012-ci ilin aprelin 9-da 1 milyard dollara aldı. Və 300 milyon dollar nağd şəkildə və "Facebook”un səhmləri ilə transfer edildi. Bir anda cırıq cins geyinən həvəsli oğlanlar: Kevin Sistrom və Mayk Kriqer multimilyonçuya çevrildilər. Yeri gəlmişkən onlar son zamanlara qədər "Instagram”da çalışırdılar. Baxmayarq ki, onlar bu pulla həyatlarının sonuna qədər kef içində yaşaya bilərdilər. Son zamanlara qədər onların əsl vəzifəsi məhsulu bahalı oyuncaqdan da mənfəətli bir şeyə çevirəcək pul qazanma sistemini inkişaf etdirmək idi. Bu gün "Instagram” təkcə, şəkil və video yükləməklə kafi qalmır. 

Platforma "Facebook”, "Vkontakte” kimi sosial platformalara inteqrasiya olunub. Yaxın keçmişdə platforma "Windows Phone 8” istifadəçiləri üçün də əlçatan olmuşdu. Hazırda istifadəçilərin imkanları və sosial inteqrasiya daha da genişlənib. "Instagram” öz mövqeyini bu gün də əldən vermir. Öz dövriyyə və imkanlarını daim genişləndirir və istifadəçilərə gələcəkdə faydalı yeniliklər də söz verir. Qeyd edək ki, "Instagram” sosial platformasının yaradılmasında iştirak edən icraçı direktor Kevin Sistrom və əsas texniki direktor Mayk Kriqer yaxın vaxtlarda şirkəti tərk edəcəklərini bildiriblər.Bu barədə "The New York Times” qəzeti öz mənbələrinə istinadən sentyabr ayında yazıb. 

Nəşr qeyd edib ki, Sistrom və Kriqer 2010-cu ildə sosial platformanın yaradılmasında bir yerdə işləyiblər. Onlar istefalarının səbəbləri haqqında dəqiq məlumat verməyiblər. Sadəcə yeni yaradıcılıq və istirahət üçün onlara fasilənin lazım olduğunu bildiriblər. Kevin Sistrom həmin ərəfədə baş əməliyyat direktoru, Mayk Kriqer isə əsas texniki direktor vəzifəsində çalışıb. "Biz, Maykla birgə kolleqiyamıza təşəkkürümüzü bildiririk. "Instagram” komandası ilə 8 il, "Facebook” komandası ilə isə 6 il bir yerə olduq. Bizim komanda 13 nəfərdən 1000 nəfərə qədər böyüdü. Hazırda biz milyarddan çox istifadəçiyə sahibik və dünyanın hər yerində ofislərimiz fəaliyyət göstərir. İndi biz növbəti mərhələ üçün hazırlaşırıq. Biz, öz bilik və yaradıcılığımızı tətbiq etmək üçün istirahət götürməyə qərara aldıq”, - deyə Kevin Sistrom deyib

Mənbə: fins.az