Siyasət 21:25 28.05.2013

“Sadval”ın mitinq hazırlıqları

Mitinq İyunun 8-də saat 11-də olacaq

Dünəndən başlayraq Dərbənddə və Dağıstanın cənubunda, Məhərrəmkənd, Qasımkənd, Doqquzpara, Axtı, Rutul rayonlarında “Sadval”çıların bu məzmunlu mitinqə çağırış vərəqələri yayılmağa başlayıb. Bu barədə Musavat.com-a Dərbənddəki mötəbər mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, çağırış vərəqələrində bu barədə elanları sosial şəbəkələrdə, müavafiq saytlarda və informasiya mənbələrində yaymaq xahiş olunur.

Vərəqələrdə mitinqin vaxtının imkan düşdükcə sms-lə paylaşmağın zərurəti də bildirilir.

Mitinqin əsasə şüarı Dərbəndin Sovetski küçəsinin Heydər Əliyevin adına adlandırılmasına qarşıdır. Amma başqa anti-Azərbaycan şüarlarının da səslənəcəyi gözlənilir.

Tədbirin təşkilatçıları “Sadval”, “Şerveli” təşkilatları, habelə Cənubi Dağıstan xalqlarının irsinin öyrənilməsi mərkəzidir.

Qaynar.info