Ölkə 17:29 28.08.2013

Şagirdlərin yay istirahətinin vaxtı azaldılacaq?

3 ay yarım yay tətili şagirdlərin istirahəti üçün çox uzun müddətdir.
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "facebook" səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib.

Nazir bildirib ki, uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan verilirsə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır: "Dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi. Amma bu il tədris sentyabrın 16-da başlayacaq və tədris həftəsi də 5 günlük olacaq".

Beynəlxalq təcrübəyə görə, yay tətilləri uzun müddətli olduqda uşaqların bilik səviyyələrinin məktəbə gələrkən xeyli aşağı düşdüyü görünür. Bu, başqa bir problemi də yaradır, məktəb proqramının həcmi azalmır. Ən azı 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəldən az olmamalıdır".

Lakin M.Cabbarov bu il məktəblərdə dərsin sentyabrın 16-da başlayacağını və bu qərarın dəyişməyəcəyini deyib.

Qaynar.info