Sənət 12:41 01.05.2018

Şah İsmayıl Xətainin orijinal portreti İtaliyadan Azərbaycana gətirilir

Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai və oğlunun orijinal portreti Azərbaycana gətiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari məlumat verib.

Bakıda keçirilən İtaliya Opera Günləri ilə bağlı təşkil olunan mətbuat konfransında çıxış edən səfir bildirib ki, Şah İsmayıl və oğlunun orijinal portreti Heydər Əliyev Fondunun dəstəyi ilə Florensiyadan gətirilərək Azərbaycanda nümayiş olunacaq.