Foto 14:07 26.12.2018

"Şahdağ" Turizm Mərkəzinin yeni sədri planlarını açıqladı (FOTO)

Azərbaycan Dövlət Turizm Agentliyi Şahdağ Turizm Mərkəzinə mediatur təşkil edib.

Qaynarinfo xəbər verir ki, mediatur çərçivəsində jurnalistlərə açıqlama verən Şahdağ Turizm Mərkəzi QSC-nin İdarə Heyətinin yeni sədri Rodderix Mark Leffler qarşıya qoyulmuş əsas vəzifələrdən söz açıb.

O, bildirib ki, hazırda Şahdağ Turizm Mərkəzi ilə bağlı 2 əsas məqsədləri var: 

"Birincisi istəyirik ki, buranı çox yaxşı bir turizm mərkəzinə çevirək. İkinci məqsədimiz isə bura daha çox turist cəlb etməkdir. 

Qurum rəhbəri burada qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün qeyri-xizək əyləncələrinin də olduğunu və bu xidmətlərin yaxın gələcəkdə daha da artırılacağını bildirib:

"Yaxın zamanda Şahdağ Turizm Mərkəzində gecə klubu, kinoteatr və digər əyləncə mərkəzləri də fəaliyyətə başlayacaq. Biz istəyirik ki, bu kompleks təkcə qış mövsümündə deyil, il boyu fəaliyyət göstərsin. Bu eyni zamanda regionun iqtisadi inkişafına və məşğulluğun artırılmasına da öz müsbət təsirini göstərəcək".
 
Çingiz Səfərli