İdman 09:22 25.01.2019

Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu

Yanvarın 24-də kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb.

Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, 9 turdan 6,5 xal toplayan Məhəmməd Muradlı ölkə çempionu adını qazanıb. Aktivində 6,5 xal olan İsmayıl Şahəliyev ikinci yeri tutub. Ülvi Bacarani isə 6 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 5-ci turdan liderliyi əldən verməyən İsmayıl Şahəliyev sonuncu turda Nail Bəşirliyə məğlub olduğu üçün çempionluğu əldən verib.