Sənət 21:45 23.05.2014

Şairlərə xoş xəbər

Yeni şeir müsabiqəsi elan edildi

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi yeni şeir müsabiqəsi elan edib.

ANS PRESS-in AYB-nin mətbuat xidmətinə istinadən məlumatına görə, müsabiqənin şərtləri isə belədir.

Müsabiqədə mövzu sərbəstdir, istənilən məzmunda, istənilən vəzndə yazılmış şeirlər müsabiqəyə təqdim edilə bilər. İştirakçılar müsabiqəyə yalnız bir şeirlə qatıla bilərlər. Müəlliflər şeirlərini bu email ünvanlarına ([email protected], [email protected]) göndərməlidirlər. Müəllif öz şəklini və haqqında qısa məlumatı da verməlidir.

Müsabiqə 25 may 2014-ci il tarixində başlayır və 25 iyun 2014-ci il tarixində yekunlaşır.

Qaliblər münsiflər tərəfindən seçiləcək. Münsiflərin kimliyi müsabiqənin yekununa qədər acıqlanmayacaq.

Qeyd edək ki, birinci yerin qalibi diplom və qiymətli hədiyyə ilə təltif olunacaq. İlk beş yerin qaliblərinin şerilərindən ibarət nəfis tərtibatla almanax kitab çap ediləcək. İştirakçılar arasından seçiləcək ilk onluğa isə müxtəlif hədiyyələr və diplomlar təqdim ediləcək.

Qaynar.info