Ölkə 10:11 03.12.2017

Salyanda dəhşətli yanğın: 2 uşaq yanaraq öldü (YENİLƏNİB)

Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, yanan evdə qalmış azyaşlıların cəsədi içəridən çıxarılıb.

Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib. Uşaqlar 5-6 yaşlarındadır.
 
***
 
09.45
 
Salyanda yanğın hadisəsi baş verib.

Hadisə səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, 2 azyaşlı uşaq yanan evdə qalıb. Hələlik azyaşlıların sağ qalıb-qalmamaları barədə məlumat yoxdur.