Ölkə 23:00 10.09.2019

Salyanda güclü yanğın: rayon rəhbərliyi hadisə yerinə gedib

Salyan rayonunda elektrik paylayıcı qurğu yanıb.

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, hadisə Əli Zeynalov küçəsində qeydə alınıb.

Yanğının qarşısını Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alıb. Hadisə nəticəsində rayonun bəzi küçələri işıqsız qalıb. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun yaşadığı fərdi yaşayış evinin də işıqları sönüb.

Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi hadisə yerindədir.