Şamaxıda Heydər Əliyevin anım günü qeyd olundu (FOTOLAR)

Şamaxıda Heydər Əliyevin anım günü qeyd olundu (FOTOLAR)

Dekabrın 12-də Şamaxıda Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolara, kitablara və "Heydər Əliyev və Müasir Azərbaycan” adlı rəsm sərgisinə baxılıb.

Tədbirdə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışılıb, onun hakimiyyəti illərinin istər Sovetlər, istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyi bildirilib. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bu gün Azərbaycanın dünyanın söz sahibi ölkələri sırasında olduğu vurğulanıb. 

Tədbirdən sonra Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR