İdman 20:55 08.11.2019

Samboçumuz dünya çempionatında medal qazandı

Bu gün Cənubi Koreyanın Çanqcu şəhərində sambo üzrə keçirilən dünya çempionatına start verilib.     

Qaynarinfo xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan Emil Həsənov bürünc medal qazanıb.

Nəsimi Umbayev (-52 kq) və Nizami Məmmədov (-90 kq) isə medal qazana bilməyib.

Qeyd edək ki, millimiz Uzaq Şərq ölkəsinə beş idmançı ilə yollanıb. Eyvaz Baxşıyev (-57 kq) və Fuad Məmmədov (-62 kq) isə mübarizəyə daha sonra qoşulacaq. Dünya çempionatı 10 noyabrda başa çatacaq.