Maqazin 18:10 11.03.2015

Sami Yusuf Bakını bəyənmədi

Bir neçə gündən sonra Azərbaycanın paytaxtında konsert verəcək Sami Yusuf müasir Bakını bəyənməyib. 

Anspress-in məlumatına görə, bu gün azərbaycanlı jurnalistləri başına yığıb konsertlə bağlı mətbuat konfransı keçirən ifaçı maraqlı açıqlamalar verib.

O, Azərbaycanın inkişafından danışıb. O bildirib ki, Bakı inkişaf edib, çox dəyişib. "Ölkə çox inkişaf edib, dəyişib. Amma mən qədim Baklını görmək istərdim. Çayxanalar və sairə mənim üçün çox maraqlıdır. Göydələnləri mən başqa ölkələrdə də görürəm. Düzdür, Bakının inkişaf etməsi, gözəlləşməsi sevindiricidir", - deyə Sami Yusuf bildirib.

Qaynar.info